Paşinyanın ailəsinə məxsus qəzet Qarabağla bağlı Azərbaycanın şərtlərini AÇIQLADIbackend

Paşinyanın ailəsinə məxsus qəzet Qarabağla bağlı Azərbaycanın şərtlərini AÇIQLADI

Ermənistan mətbuatında Qarabağla bağlı danışıqlar prosesində Azərbaycanın şərtləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

Qəzet bildirir ki, Azərbaycan Qarabağ məsələsinin birdəfəlik həlli üçün Ermənistan qarşısında beş əsas şərt qoyub.

“Tam aydın şəkildə deyə bilərik ki, Azərbaycanın Ermənistana 5 əsas şərti var. Onlar aşağıdakılardır:

1. Qarabağın “müdafiə ordusu”nun buraxılması;

2. Qarabağın Azərbaycanın tərkibində heç bir muxtariyyət olmadan (sıfır statuslu) tanınması;

3. Ermənistan ərazisindən keçən dəhlizin (Zəngəzur) açılması;

4. 1919-1920-ci illərin xəritələri üzrə delimitasiya və demarkasiya prosesinə başlanılması;

5. İtkin düşmüş azərbaycanlıların taleyinin öyrənilməsi”, – deyə qəzet qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*