Paşinyanın arvadı erməniləri qəzəbləndirdi – VİDEObackend

Paşinyanın arvadı erməniləri qəzəbləndirdi - VİDEO

Vaxtaşırı qalmaqallı paylaşımları, fotoşəkilləri ilə Ermənistan mediasının əsas müzakirə mövzularından birinə çevrilən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yenidən diqqət mərkəzindədir.

KONKRET.az bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumatda deyilir ki, Qarabağın “blokadası”ndan sonra az qala hər dəqiqə sülhdən danışan Akopyan öz mövqeyindən və minlərlə abunəçisi olan sosial şəbəkələrdəki səhifələrindən istifadə edərək xalqın hüquqları ilə bağlı məsələ qaldırmalı və bunu təbliğ etməli idi. “Baş nazirin xanımının blokadanın ilk günü rəsmi Facebook səhifəsində dərc etdiyi fotolarla bağlı müzakirələr hələ də səngiməyib. Belə ki, Anna Akopyan İnstaqram mikrobloqunda yeni qalmaqallı paylaşım edib”- erməni mediası yazıb.

“Anna Akopyanın rəsmi səhifəsində yerləşdirilən videoda görünür ki, şamlar və bayram işıqları yandırılıb, televiziyada futbol matçı göstərilir. Bu, Fransa və Mərakeş matçıdır. Videonun yuxarı hissəsində fransız bayrağı görünür. Bir sözlə, adi bir çərşənbə axşamı. Bir neçə dəqiqə sonra nəşrin altında narazı istifadəçilərin yüzlərlə şərhi peyda olub. Onlarda aşağıdakı fikir aydın şəkildə sezilir: bu dövrdə belə videoların yayımlanması nə dərəcədə məqsədəuyğundur?”- xəbərdə deyilir.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Anna Hakobyan (@annahakobyan.official)

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*