Paşinyanın Azərbaycanla müharibə ilə bağlı faktları Putin və Tokayevi ŞOKA SALDI – VİDEObackend

Paşinyanın Azərbaycanla müharibə ilə bağlı faktları Putin və Tokayevi ŞOKA SALDI - VİDEO

Xəbər verdiyimiz kimi, 2022-ci il sentyabrın 13-də KTMT-yə sədrlik edən Ermənistanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə “Ermənistan və Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin gərginləşməsi və həllinə köməklik göstərilməsi haqqında” gündəliyi ilə növbədənkənar sessiyası keçirilib. 

KONKRET.az xəbər verir ki, iclasda Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iştirak ediblər.

Nikol Paşinyan dövlət başçılarına 2022-ci il sentyabrın 13-də gecə yarısından başlayaraq ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmaların baş verdiyi Ermənistan və Azərbaycan sərhədində bəzi ərazilərdə vəziyyət barədə məlumat verib.

Paşinyan iki şok fakt açıqlayıb.

KTMT Katibliyindəki mənbələrdən verilən məlumata görə, Nikol Paşinyan həmkarlarının suallarını cavablandırarkən bir sıra sensasion etiraflar edib.

Ermənistan tərəfindən bütün Ermənistan-Azərbaycan sərhədinin minalanmasının, eləcə də Azərbaycanla sərhəddə hərbi infrastrukturun yaradılmasının yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyini səsləndirən dövlət başçılarından birinin sualına cavab verən Paşinyan deyib ki, Ermənistan sərhədlərinin mühafizəsini gücləndirmək üçün bu tədbirləri görüb.

Bununla da Paşinyan ilk dəfə olaraq delimitasiya edilməmiş sərhədin qeyri-qanuni minalanması və Ermənistanın Qarabağın işğaldan azad edilmiş rayonları yaxınlığında iri hərbi bazalar tikməsi faktlarını təsdiqləyib.

Bundan əlavə, dövlət başçılarına son döyüş əməliyyatlarının təfərrüatlarından bəhs edən Paşinyan Azərbaycan Ordusunun bölmələri ilə döyüşlərdə həlak olanların həqiqi sayını açıqlayıb.

Paşinyan sentyabrın 13-də 150-dən çox erməni hərbçisinin həlak olduğunu bildirib. Baxmayaraq ki, bundan əvvəl Ermənistan parlamentində çıxışı zamanı o, 49 nəfərin öldüyünü açıqlamışdı.

Haqqin.az redaksiyasında Nikol Paşinyanın çıxışının tam stenoqramı var. Lakin etik mülahizələrə əsaslanaraq və Azərbaycanın digər KTMT üzvü olan dövlətlərlə müttəfiqlik münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq, Baş nazirin Ermənistan ictimaiyyətini şoka sala biləcək digər sensasion etiraflarını açıqlamır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*