Paşinyanın “bir il səkkiz aydır itki yoxdur” ifadəsinin PƏRDƏARXASI – İrəvan əslində sülh yox, bu MESAJI VERİRbackend

Paşinyanın “bir il səkkiz aydır itki yoxdur” ifadəsinin PƏRDƏARXASI - İrəvan əslində sülh yox, bu MESAJI VERİR

“Paşinyanın “bir il səkkiz aydır itki yoxdur” tezisi ilk baxışda sülh mesajı kimi səslənsə də, siyasi kontekstə baxanda bu, daha çox Ermənistanın daxili auditoriyaya hesablanmış imic cəhdidir. İtkisiz dövrün qeyd edilməsi real olaraq sülhə hazırlıq göstəricisi deyil, çünki Ermənistan hələ də konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və bu iddialar dəyişmədikcə sülh gündəminin mahiyyəti şübhə altında qalır. Paşinyan daxildəki radikal qüvvələri neytrallaşdırmaq üçün “stabil dövr” statistikasından istifadə edir, amma real diplomatik addımları ləngidir”.

Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında səsləndirib:

Tural İsmayılov: “Beynəlxalq birlik tərəfindən bu mövqelər də daim dəyərləndirilir”

“İtkilərin olmaması o demək deyil ki, Ermənistan sülh müqaviləsinin əsas maddələrinə hazırdır; əksinə, İrəvan hələ də sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üzrə konkret öhdəliklərdən yayınır. Bu ifadə siyasi PR funksiyası daşıyır və beynəlxalq ictimaiyyətə “məsuliyyətli oyunçu” mesajı vermək məqsədi güdür. Amma Ermənistanın silahlanma tempinin artması, Qərb hərbi missiyalarına arxalanması və daxili siyasi sistemin tam hadisəyə hazır olmaması bu iddianı zəiflədir”.

Politoloq qeyd edir ki, Paşinyanın vurğuladığı “itkisizlik” dövrü əslində Bakının regional sabitlik xəttinin nəticəsidir.

“Azərbaycan sərhəddə tam nəzarəti və preventiv təhlükəsizlik mexanizmlərini təmin etməsəydi, bu statistikanı əldə etmək mümkün olmazdı. Digər tərəfdən, İrəvanın ritorikası ilə praktiki davranışı arasında hələ də ciddi uçurum var: sülhdən danışan hökumət paralel olaraq revanşist dairələrin təzyiqi ilə hərəkət edir.

Əgər Ermənistan həqiqətən də sülh gündəminə hazır olsaydı, ilk addım konstitusiya düzəlişləri olardı. Paşinyan bunları etmir, sadəcə geosiyasi manevr edir. Ona görə də “bir il səkkiz aydır itki yoxdur” cümləsi siyasi jestdir, strateji realıq yox. Bu, Ermənistanın sülhə hazır olduğunu deyil, hazır görünmək istədiyini göstərir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*