Paşinyanın əsas və yeganə vəzifəsi Qarabağ ermənilərinin Ermənistana gəlməsinin qarşısını almaqdırbackend

"Paşinyanın əsas vəzifəsi Qarabağ ermənilərinin Ermənistana gəlməsinin qarşısını almaqdır" - Verdyan

“Paşinyan niyə Qarabağda ermənilərin hüquqlarının təmin olunmasının beynəlxalq formatında bu qədər israr edir və ayağını qaz pedalından çəkmir? Sizcə o, qarabağlıların öz evlərində qalmasını istəyir?”.

KONKRET.az xəbər verir ki, bu sualla erməni aktivist İşxan Verdyan çıxış edib

O bildirib ki, Qarabağ ermənilərinin hamısı Rusiyaya getsəydi, Paşinyan sakitləşərdi.

“Azərbaycan prezidenti Qarabağda bütün ermənilərin saxlanılacağına zəmanət versə, Paşinyan dərhal sülh müqaviləsi imzalayacaq. Paşinyanın əsas və yeganə vəzifəsi Qarabağ ermənilərinin Ermənistana gəlməsinin qarşısını almaqdır. O, artıq bəyan edib ki, bu insanlar Ermənistanda xoş qarşılanmır, qaçqınların qəbulu ilə bağlı heç bir tədbir görülmür. Paşinyan anlayır ki, Ermənistanın on minlərlə qəzəbli vətəndaşı İrəvan küçələrinə çıxan kimi, bu, paytaxtda bütün həyatı kəsməklə onun devrilməsi demək olacaq: Paşinyan Sarkisyanı devirdiyi kimi devriləcək. Və bu qaçılmazlığın qarşısını almaq üçün Paşinyan yeni müharibəyə başlamağa hazırdır”, – deyə İşxan Verdyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*