Paşinyanın İtaliya səfərini burnundan gətirən qadın budur – FOTObackend

Paşinyanın İtaliya səfərini burnundan gətirən qadın budur - FOTO

KONKRET.az xəbər verir ki, İtaliyaya rəsmi səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanın Milandakı erməni icmasının nümayəndələri ilə görüşündə onun üçün arzuolunmaz hal yaşanıb. Belə ki, iclas zamanı bir qadın Paşinyanı istefaya çağırıb.

Erməni saytları qadının 39 yaşlı Marina Meliksetyan olduğunu öyrənib. Qeyd edilir ki, o, Milanda Avropa Onkologiya İnstitutunda işləyir. Lomonosov adına Moskva Universitetində oxuyub.

Qeyd edək ki, həyat yoldaşının “Facebook” səhifəsindəki yazı sonuncunun müxalifətçi olduğunu, eyni zamanda Robert Köçəryanı dəstəklədiyini bir daha açıq-aydın göstərir. Qadının dostluq siyahısında Koçaryanın oğlu Levon Koçaryan da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*