Paşinyanın Konstitusiya açıqlamasının PƏRDƏARXASI: Nikol Azərbaycanı aldadır, yoxsa…” – SENSASİON MƏQAMLARbackend

Paşinyanın Konstitusiya açıqlamasının PƏRDƏARXASI: Nikol Azərbaycanı aldadır, yoxsa..." - SENSASİON MƏQAMLAR

Nikol Paşinyan deyib ki, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə belə, o, ölkə konstitusiyasını dəyişməyə hazırdır. Bəs görəsən, Paşinyanın bu açıqlamasını necə dəyərləndirmək olar? Bu, o deməkdir ki, Ermənistan baş naziri hər şeyə rəğmən Azərbaycanın tələbini yerinə yetirib sülhə imza atacaq, yoxsa Nikolun başqa məqsədləri var?

Mövzunu KONKRET.az-a Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli şərh edib:

Əziz Əlibəyli: “Hərbçimizə verilən işgəncə “ermənilərlə birgəyaşayışı bu  görüntülər istisna edir” düşüncəsini yaratmaq üçündür” Pravda.az

“Əslində Paşinyan Konstitusiya Məhkəməsinin onu yarı yolda qoyub-qoymayacağına ümid etmir. Buna görə də, məsuliyyəti öz üzərinə götürməyə çalışır. Ancaq məsələ tam olaraq bundan ibarət deyil. Paşinyan əslində necə olur-olsun, sülh müqaviləsinin bağlanmasına tərəfdardır. Buna görə də, o özü təşəbbüskar kimi çıxış etməyə çalışır. Hərçənd, Ermənistan daxilində onun taleyi ilə bağlı sözügedən məsələlərdə hər an surpriz baş verə bilər. Amma Paşinyanın bu açıqlamasını Azərbaycanı aldatmaq üsulu kimi də dəyərləndirə bilərik. Çünki  Konstitusiya Məhkəməsi qəbul etməsə, Paşinyanın Konstitusiya dəyişikliyinə getməsi nə qədər leqal olacaq? Bunu dəyişdirməyə gücü çatacaqmı? Bütün bunlar sual doğurur. Digər tərəfdən, Azərbaycan onsuz da Konstitusiyanın dəyişdirilməsini istəyir və bunu gözləyir. Belə olan halda niyə Azərbaycan bəyanata uyğun razılıq verməlidir ki, müqavilə bağlansın və Konstitusiya dəyişsin. Bu da mümkün deyil. Amma əslində Ermənistan prosesi buna doğru aparmağa çalışır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*