Paşinyanın məktubu ironiya ilə qarşılandı – “Diplomatik jest, yoxsa yaltaqlıq”backend

Paşinyanın məktubu ironiya ilə qarşılandı – “Diplomatik jest, yoxsa yaltaqlıq”

“Dünən Nikol Paşinyan və Vaaqn Xaçaturyandan Rusiya prezidenti Putinə və baş nazir Mişustinə təbriklərin səsləndirilməsi ilə maraqlı gün oldu. Bu, təbii ki, Ərdoğanın misalındakı kimi operativ təbrik deyil. Burada açıq-aşkar yaltaqlıqdan başqa daha çox siyasət var ki, bu, sadəcə olaraq adı çəkilən yüksək rütbəli dövlət məmurlarının təbrikində özünü göstərir”.

KONKRET.az xəbər verir ki, bu cümlələr Ermənistanın tanınmış nəşrlərindən olan “Fakt” qəzetində dərc olunub. Məqalədə Ermənistan rəhbərliyinin Rusiya ilə qeyri-səmimi münasibətləri tənqid olunub, Paşinyanın məktubları ironiya ilə qarşılanıb.

Nəşrdə yazılır:

“Nikol Paşinyanın yeni sevimli ifadəsi var – həm Putinə, həm də Mişustinə ünvanladığı təbrik mesajlarında işlətdiyi “proqressiv hadisələr”. Paşinyan Putinə təbrikində yazır: “Əminəm ki, konstruktiv əlaqələri ardıcıl olaraq inkişaf etdirən Ermənistan və Rusiya çoxşaxəli əməkdaşlığın mütərəqqi inkişafını davam etdirəcəklər”.

Mişustinə təbrikin versiyasında isə qeyd edilir: “Bizim sarsılmaz borcumuz Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin mütərəqqi inkişafını təmin etmək üçün iki xalqın ənənəvi möhkəm dostluğunu və qardaşlığını qorumaqdır…”.

Sual etmək istərdim ki, bu təbrikin müəllifi “proqressiv inkişaf”dan başqa ifadələr bilirmi? Yox, təbii ki, aydındır ki, Rusiyada bayramdır və o, rəsmi olaraq, istəsə də, istəməsə də dövlət başçısına təbrik məktubu yazmalıdır. Bu, “diplomatik jest”dir. Ancaq görürsünüz ki, bu mətnlərin ifadəsi olduqca diqqətəlayiqdir. Nikol Paşinyanın aşağıdakı ifadəsi xüsusilə komik səslənir və pamflet cümləsi təsiri bağışlayır: “Ermənistanla Rusiya arasında zamanın sınağından keçmiş və zəngin tarixə malik olan müttəfiqlik münasibətləri son otuz ildə keyfiyyətcə yeni səviyyəyə yüksəlib…”.

Təbii ki, Nikol Paşinyanın 4-5 il hakimiyyətdə olduğu müddətdə münasibətlər o qədər keyfiyyət səviyyəyə çatıb ki, deməyə söz yoxdur. O, siyasi komandası ilə Ermənistan-Rusiya münasibətlərini o qədər korlayıb, o qədər aşağı salıb ki, növbəti addım ancaq dostluq müqaviləsinin ləğvi ola bilər. Üstəlik, Nikol Paşinyanın komandasının bir çox üzvləri açıq şəkildə Rusiyanı Ermənistanın düşməni adlandırırlar. Bunun fonunda “proqressiv inkişaflardan” danışırlar. Heç də gülməli deyil…”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*