Paşinyanın “Oktyabrda sülh müqaviləsi imzalanacaq” bəyanatının PƏRDƏARXASI: Nikolun əsl məqsədi nədir?backend

Paşinyanın "Oktyabrda sülh müqaviləsi imzalanacaq" bəyanatının PƏRDƏARXASI: Nikolun əsl məqsədi nədir?

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada çıxışı zamanı, “Azərbaycanla oktyabrda sülh müqaviləsi imzalana bilər” deməsi maraqla qarşılandı. Bir çox siyasi analitiklər bunun mümkün olmayacağı ilə bağlı fikirlər səsləndirsələr də, Nikolun bu cür konkret fikir söyləməsinin arxasında digər məqsədlərin dayandığınıdüşünməmək mümkün deyil. Bəs görəsən, Paşinyanın bu cür açıqlama ilə çıxış etməsinin səbəbi nədir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Paşinyanın dünən Moskvada səsləndirdiyi fikirlər ilk baxışdan xoş və konstruktiv görünsə də, əslində mahiyyətcə əvvəlki bəyanatlarından fərqlənmir:

“Paşinyan belə məsələlər üzərindən manipulyasiya etməyi sevən və bunu kifayət qədər uğurla bacaran bir siyasətçidir. Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında oktyabr ayı ərzində sülh müqaviləsinin imzalanması mümkün deyil. Paşinyanın nəzərdə tutduğu sülh müqaviləsi onun beynində formalaşdırdığı bir sazişdir. Belə ki. bununla bağlı Ermənistan tərəfi davamlı açıqlamalar verməkdədir. Ermənistan təklif edir ki, bugünədək razılaşdırılan məsələlərlə bağlı ilkin sülh müqaviləsi imzalansın. Amma nəzərə almaq lazımdır ki, sülh müqaviləsi ya imzalanır, ya da mövcud olmur. Çünki tərəflər arasında müəyyən məsələlərdə fikir ayrılıqları mövcuddursa, bu, o deməkdir ki, hələ yekun razılıq əldə olunmayıb. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün konkret şərt qoyub. Bu şərtləri yerinə yetirmək üçün Ermənistanda referendum keçirilməli və bəzi qanunlar dəyişməlidir. İndiki halda heç kim təminat verə bilməz ki, Ermənistanın vədinə inanıb onunla sənəd imzalamaq olar. Çünki sonradan İrəvanın sənədin qalan hissəsini imzalayıb-imzalamayacağı sual altındadır. Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəlikləri və verilən vədləri yerinə yetirməyib.

Ekspert əlavə edib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı məsələdə Ermənistan qərar verən əsas tərəf kimi görünmür:

“Bu məsələdə daha çox İran və Qərb strukturları danışır. Ona görə də, Paşinyanın dünənki çıxışı ictimai rəyə oynamaq, Ermənistanın sülhpərvər olduğunu göstərmək və Azərbaycanın mövqeyini sual altına qoymaq məqsədi daşıyır. Ermənistanın siyasi iradəsi olacaqsa, o zaman sülh müqaviləsi imzalanacaq. Amma biz bunu görmürük. Əksinə Ermənistan COP29 ərəfəsində özünün beynəlxalq havadarları ilə birlikdə Azərbaycana qarşı genişmiqyaslı əks-təbliğat kampaniyası aparmaq və Bakıya təziyiq göstərmək siyasəti aparır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*