“Ya ruslar azərbaycanlıları sıxışdıra biləcək, ya da beynəlxalq təzyiqlər işə yarayacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Vətəndaş müqaviləsi”ndə anti-Rusiya əhval-ruhiyyəsi yenidən pik həddə çatıb.
Nikol Paşinyan Laçın yolunun bağlanması ilə bağlı fraksiya ilə görüşməsə də, “favoritləri” vasitəsilə dünənki görüşdə çıxışların Rusiya sülhməramlılarına qarşı qurulduğunu, vəziyyətə görə bütün məsuliyyətin rus tərəfinin üzərinə qoyulduğunu bildirib.
Partiya əmindir ki, bu, Rusiya-Azərbaycan təxribatıdır və məqsəd dəhliz əldə etməkdir.
“Lakin bunu əldə etməyəcəklər. Qoy yolu bağlasınlar, beynəlxalq ictimaiyyətin qınaqını alsınlar və onu yenidən açsınlar”, – partiyadan bildirilib.
“Açığı, hakimiyyət məsələnin öz-özünə həll olunacağına ümid edir: ya ruslar azərbaycanlıları sıxışdıra biləcək, ya da beynəlxalq təzyiqlər işə yarayacaq”, – deyə qəzet yazır.
Xuraman Etibarlı,
KONKRET.az