İran və Ermənistan arasında bir birgə bəyanat və müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalanıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran Prezidentinin informasiya portalı məlumat yayıb.
Bildirilib ki, bu gün İran Prezidenti Məsud Pezeşkian və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak etdiyi tədbirdə siyasi, sosial, mədəniyyət, turizm, sənaye, təhsil, yol və şəhərsalma, incəsənət, səhiyyə sahələrində əməkdaşlıq sənədlərin imzalanıb.