“Paylaşımı axmaq adamlara bağlamışam” – Çingiz Abdullayev Elza Seyidcahanın AYB üzvlüyündən DANIŞDIbackend

"Paylaşımı axmaq adamlara bağlamışam" - Çingiz Abdullayev Elza Seyidcahanın AYB üzvlüyündən DANIŞDI

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə birliyin katibi Çingiz Abdullayev Facebook sosial şəbəkə hesabında paylaşım edib. Ç.Abdullayev bəstəkar-müğənniyə üzvlük vəsiqəsini təqdim edib.

Maraqlıdır ki, bu təqdimat izləyicilərin ürəyincə olmayıb və həm AYB-ni, həm də yazıçı ilə müğənnini tənqid atəşinə tutulublar. Bu səbəbdən Ç.Abdullayev paylaşımını sonradan çoxları üçün görünməz edib.

KONKRET.az-a açıqlamasında yazıçı məsələyə belə aydınlıq gətirib:

“Mən paylaşımı yalnız dostlarım üçün açıq saxlamışam. Çünki bəziləri axmaq-axmaq fikirlər yazır. Paylaşımı axmaq adamlara bağlamışam. Amma oradakı 40 mindən çox izləyici o təqdimatı görə bilər”.

Ç.Abdullayev Elza Seyidcahan haqqında yazılan tənqidlərə birmənalı yanaşmadığını da bildirib:

“İnsanlar Elza Seyidcahanı xoşlamaya bilər. Amma mən Yazıçılar Birliyinin birinci katibiyəm və birliyin qərarına əməl etməliyəm. Və əgər biz onu birliyə qəbul etmişiksə, deməli, bunu məqsədəuyğun bilmişik. Digər tərəfdən, qadın haqqında axmaq fikirlər yazmaq düzgün deyil və bu, mənim xoşuma gəlmir”.

Qeyd edək ki, bir neçə ildir yazdığı şeirlərlə tamaşaçıların diqqətini cəlb edən Elza Seyidcahanın AYB-yə üzvlüyü məsələsi zamanla mediada yer alırdı.

Əməkdar artist açıqlamalarının birində deyirdi:

“Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq hər bir yaradıcı insan üçün şərəfdir. Zaman-zaman ora böyük yazıçılarımız rəhbərlik ediblər. Belə işlərə hər zaman böyük məsuliyyətlə yanaşıram. Özümə də şair demirəm. Şeirlərim məndə uşaqlıqdan formalaşan yazı tərzimdir. Əgər şair kimi bilib dəvət edərlərsə, bundan qürur duyaram”.

Sevinc Paşayeva,

KONKRET.az

  • Tahir
    İyul 4, 2023 - 17:00

    Elzanın AYB-nə üzv olması birmənalı olaraq bu birliyin reanimasiyada can verməkdə olan nüfuzunu şappıltı ilə plintusin təpəsinə qaldıırmarla bərabər onun necə bir vacib qurum olduğunu kor, qanmaz və debil ağzıgöyçəklərə sübut elədi. AYB bu xətti davam etdirməli və buna görə də təcili surətdə yaradıcı insanlar olan Toliki, Bayram Mutlunu, Xoşbədəni, Elğizi AYB -nə qəbul etməlidir. Ondan sonra görüm kimin duxu çatar bunların q….ə şüvənliyindən qorxub Anar müəllimə və ya AYB -nə nəsə deyə bilər? Bayramgil eləsin cırıx-cırıx etməzmi?! Odur ki, birlik axır ki, haqqın yolunu tapdı…

  • Habiı
    İyul 4, 2023 - 17:19

    Elzanın AYB-nə üzv qəbul edilməsi
    AYB-nin , həmçinin Anar və Çingiz müəllimlərin fəaliyyətinin pik nöqtəsi Beləliklə bundan sonra biz oxuculara Elzanın əlləri kimlərin dalında və qabağında olacağını təsəvvür etmək qalır. Güman ki, bu seçimdən sonra Elza xanımın ilhamı vulkan kimi püskürərək (o da!!! Allah sən saxla) özünəməxsus bir şeir zad eləyəcək, butun yazıçılarımız da bundan dozadan artıq patı qəbul etmiş kimi ayıl-mayıl olacaqlar.
    P.S. oxaaaayyy, dincəl ay sevimli Yazıçılar birliyimiz.

  • Raul
    İyul 4, 2023 - 19:33

    Artıq söz tapa bilmirəm

  • Həsən
    İyul 5, 2023 - 08:42

    Yazıcılar birliyinöz ciddiyətini tam şəkildə pozmuş oldu.Şəxsən mənim üçün heç bir dəyər kəsb etmir bu zeyniyyətlərinə görə

Raul üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*