Paytaxtda bu məktəblər də əyani tədrisə qayıtdıbackend

Paytaxtda bu məktəblər də əyani tədrisə qayıtdı

Paytaxtdakı 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə KONKRET.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*