Bu gündən Bakıda COVID-19 infeksiyası səbəbi ilə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə iki sinif fəaliyyətini distant formada davam etdirəcək.
KONKRET.az xəbər verir ki, Gigiyena Epidemioloji Mərkəz təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.Məktəbdə müəllim və şagirdlər arasında xəstəliyin geniş yayılması səbəbindən əyani tədris prosesi 7 gün müddətində distant tədrislə əvəz olunub./oxu.az/