Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, oktyabrın 31-də 1957-ci il təvəllüdlü Fuad Nəsirov yaşadığı Topçubaşov küçəsi, ev 84-də pəncərəni düzəldərkən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş F.Nəsirov noyabrın 2-də vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
