Pensiya ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Pensiya ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu ilin 9 ayında 142 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 29 mini pensiya, 113 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*