Pensiyaçılar pullarını nə vaxt artımla alacaqlar? – RƏSMİ AÇIQLAMAbackend

Pensiyaçılar pullarını nə vaxt artımla alacaqlar? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib. Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

Bildirilib ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

KONKRET.az xəbər verir ki, bu məlumat pensiyaçılar arasında sual doğurub.

Minimum pensiya alanlardan əlavə digər pensiyaların nə vaxt artımla ödəniləcəyi ilə bağlı qafqazinfo Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Nazirlikdən bildirildi ki, digər pensiyaçılar pensiyalarını artımla fevral ayında ala biləcəklər. Həmçinin, fevral ayında yanvar ayının artımı da ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*