Pensiyalarla bağlı ŞAD XƏBƏR: Ödənişlər artacaqbackend

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Ödənişlər artacaq

“Özəl pensiya fondu vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilməsinə imkan verir”.

KONKRET.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu, pensiya məbləğinin artmasına gətirib çıxarır:

“Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi. Belə fond yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq”.

Deputat bildirib ki, özəl pensiya fondlarında yığılan pensiya kapitalından daha tez istifadə də mümkün olacaq:

“Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürlməsi də mümkün olur. Belə fondlar, həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir. Bunlarla yanaşı, özəl pensiya fondunun etibarlılığı önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var”.

Qeyd edək ki, Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Məlumata görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*