Pensiyaya çıxmaq istəyənlərə MÜHÜM XƏBƏR: “Qadınların yaşını 60-a, kişilərin isə…”backend

Pensiyaya çıxmaq istəyənlərə MÜHÜM XƏBƏR: "Qadınların yaşını 60-a, kişilərin isə..."

Dünya ölkələrində pensiya yaşı fərqlidir. Əksər ölkələrdə pensiya yaşı altmışın üstündə olsa da, bəzilərində əksinə, vətəndaşlar əlli yaşda pensiyaya çıxa bilirlər. Azərbaycanda isə pensiya yaşı kişilər üçün 65 müəyyən edilib. Son vaxtlar pensiya yaşının azaldılması ilə bağlı cəmiyyətdə gəzən söz-söhbət əslində insanların arzularıdır və onu sadəcə sosial şəbəklərdə ictimailəşdirməklə öz istəklərini dilə gətirirlər. Bəs görəsən, pensiya yaşının aşağı salınması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavalandıran sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, hələlik pensiya yaşının aşağı salınmasıyla bağlı hər hansı gözlənti yoxdur:

Üç qurum yeni nazirlikdə birləşdirilə bilər - Vahid Əhmədov

“Elə bir proqram da mövcud deyil. Amma ikinci yarımildə iqtisadi vəziyyətin necə olacağına baxılacaq. Bu, əsasən iqtisasi vəziyyətdən asılıdır. Neftin qiyməti aşağı düşsə, problemlər çoxala bilər. Amma planda hələlik bu məsələ nəzərdə tutulmayıb”.

Daha sonra pensiya yaşına toxunan Vahid Əhmədov bildirib ki, dünyada ən yüksək həddi olan ölkələrdən biri də Azərbaycandır:

“Elə ölkələr var ki, vətəndaşlar 50-55 yaşında pensiyaya çıxır. Bizdə sırf qərar olmalıdır ki, bu məsələ öz həllini tapsın. Bunu başqa iqtisadi əsaslandırmağa ehtiyac yoxdur. Biz çox çalışdıq ki, qadınların pensiya yaşını 60, kişiləri isə 63 edək. Ona da fikir vermədilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

  • Haller
    Mart 10, 2025 - 19:24

    …”olke” de ehalinin 6%i yasa gore emeklidirse…bu faciedir…yani, yasli qocalmamis olur…kimdir gunahkar?!

  • Nara
    Mart 11, 2025 - 14:08

    Guya neftin baha olan vaxtları bu xalq nə etdilər ki,bundan sonra,qalxsa nə etsinlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*