Pentaqon “Gecəyarısı zərbəsi” əməliyyatının görüntülərini yayımladı – VİDEObackend

Pentaqon “Gecəyarısı zərbəsi” əməliyyatının görüntülərini yayımladı - VİDEO

ABŞ Müdafiə Nazirliyi İran ərazisində həyata keçirilən “Midnight Hammer” (Gecəyarısı zərbəsi) əməliyyatı çərçivəsində istifadə edilən B-2 Spirit bombardmançılarına dair unikal videokadrları ictimaiyyətə təqdim edib.

KONKRET.az xəbər verir ki, Almaniyanın Bild nəşrinin məlumatına görə, ABŞ pilotları 7 ədəd B-2 təyyarəsində ümumilikdə 37 saat fasiləsiz uçuş həyata keçiriblər. Bu, 2001-ci ildən bəri ən uzunmüddətli döyüş uçuşu hesab olunur. Təyyarələr dəfələrlə havada yanacaqla təmin edilib.

Uzaqmənzilli uçuş şəraitində ekipajın dözümlülüyünü təmin etmək üçün B-2 bombardmançıları kiçik tualet, mikrodalğalı soba, soyuducu, həmçinin qısa müddətli yuxu və istirahət üçün kamp çarpayısı yerləşdirmək imkanı olan sahə ilə təchiz olunub. Təyyarə həmçinin idarəni asanlaşdıran avtomatlaşdırılmış sistemlərə də malikdir.

Qeyd edək ki, B-2 Spirit təyyarələri ilk olaraq 1997-ci ildə silahlanmaya daxil edilib və əsasən nüvə zərbələri üçün hazırlanıb. Hazırda bir ədəd B-2-nin dəyəri təxminən 2 milyard dollar təşkil edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*