Pentaqon: NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaqbackend

Pentaqon: NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq

“NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Halifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

“NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün təhlükə deyil”, – Pentaqon rəhbəri qeyd edib.

Ostin, həmçinin vurğulayıb ki, NATO hərbi əməliyyatlara cəlb edilməsə də, Ukraynanın müdafiəsinə dəstək olacaq:

“Biz NATO ərazisinin hər qarışının müdafiəsini gücləndirməyə davam edəcəyik”, – Nazir deyib.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynadakı vəziyyət “soyuq müharibə”nin bitməsindən sonra ən böyük təhlükəsizlik böhranıdır:

“Bu müharibənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*