ABŞ Müdafiə Departamentinin Uçan Naməlum Obyektlər (NUO-UFO) üzrə Xüsusi İşçi Qrupu bu yaxınlarda müxtəlif hadisələrlə bağlı bir neçə yüz xəbər alıb.
KONKRET.az CBS–ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ müdafiə nazirinin kəşfiyyat üzrə müavini Ronald Maltri bildirib.
Onun sözlərinə görə, Pentaqon indiyə qədər yadplanetlilərin Yerə gəldiyinə dair heç bir dəlil tapmayıb.
“Mən yadplanetlilərin (Yerə) səfəri və ya yadplanetlilərin (gəminin) qəzaya uğraması ilə bağlı heç nə görmədim”, – ABŞ hərbi departamentinin nümayəndəsi deyib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyində yaradılmış xüsusi əməliyyat qrupu müxtəlif naməlum obyektləri tədqiq edir. Pentaqonun UFO Tədqiqat Qrupu sonuncu dəfə 2021-ci ildə iş haqqında ictimai hesabat təqdim edib. Daha sonra idarə naməlum uçan obyektlərin aşkarlanması ilə bağlı 144 məlumatın araşdırıldığını qeyd edib. Pentaqon bildirib ki, bu obyektlərdən bəziləri ABŞ-ın milli təhlükəsizliyini təhdid edir. Onlar hərbi bazaların və təlim poliqonlarının yaxınlığında aşkar edilib.
İqbal Rzayev,
KONKRET.az