Pentaqonda böhran: Ukrayna ofisinin statusu kəskin azaldıla bilərbackend

Pentaqonda böhran: Ukrayna ofisinin statusu kəskin azaldıla bilər

ABŞ Müdafiə Nazirliyi daxilində genişmiqyaslı struktur dəyişikliyi çərçivəsində Ukrayna, Rusiya və Avrasiya məsələlərinə cavabdeh olan ofisin statusunun aşağı salınması müzakirə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Defence News nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, adıçəkilən ofisin Avropa və NATO məsələlərinə nəzarət edən yeni bölməyə tabe etdirilməsi planlaşdırılır. Həmin dəyişiklik ofisin fəaliyyətinin dayandırılması və ya əməkdaşların işdən çıxarılması ilə nəticələnməyəcək, lakin strukturun Pentaqondakı əvvəlki nüfuzuna təsir göstərə bilər.

Qeyd edək ki, bu ofis 2024-cü ilin əvvəlinə qədər Pentaqonun əsas siyasi orqanlarından biri hesab olunurdu və Ukrayna ilə bağlı siyasətin koordinasiyasında mühüm rol oynayırdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*