“People” jurnalı “İlin ən seksual kişisi”ni seçdibackend

"People" jurnalı "İlin ən seksual kişisi"ni seçdi

Amerikanın nüfuzlu “People” jurnalı ənənəvi olaraq yaşayanlar arasında ən seksual kişinin adını açıqlayıb. KONKRET.az jurnala istinadən bildirir ki, 2019-cu ildə jurnalın seçimi amerikalı müğənni, bəstəkar və aktyor Con Lecend olub.

Lecendin sözlərinə görə, nəşrin ona bu adı verdiyini ilk dəfə eşidəndə çox həyəcanlanıb: “Mən çox sevindim, amma, eyni zamanda, qorxdum, çünki bu çox böyük məsuliyyətdir. Hər kəs məni xırda detallara qədər nəzərdən keçirəcək ki, bu adı daşımaq üçün kifayət qədər seksual olduğuma baxacaqlar”.

Bu mükafatdan əlavə sənətkarın bir çox peşəkar mükafatları da var: müxtəlif nominasiyalarda 10 Qremmi mükafatı, Selma filmi üçün yazdığı “Glory” mahnısına görə 2015-ci ildə aldığı Oskar və Qızıl Qlobus mükafatları.

Xatırladaq ki, Lecendin əsl adı Con Rocer Stivensidr. Bu yaxınlarda 40 yaşını qeyd edən sənətkar məşhur model və teleaparıcı Krissi Teyqenlə evlidir. Cütlüyn üç yaşlı qızı Luna və yaşyarımlıq oğlu Maylsvar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*