Artıq bir neçə gündür texnoblogger Fərid Pərdəşünas paylaşımlar edərək 3000 şəhid məqaləsinin “Vikipediya”nın məlumat bazasından tamamilə silindiyini bildirib.
KONKRET.az xəbər verir ki, texnoblogger məlumatları silinənlər arasında 20 Yanvar şəhidləri, ll Qarabağ müharibəsi və Aprel döyüşləri şəhidlərinin də yer aldığını bildirib.
O, iddia edib ki, baş verənlər bir neçə azərbaycanlının “əl işidir” və məqalələrin geri qaytarılmayacağı təqdirdə həmin şəxslərin adlarını açıqlayacaq.
Son paylaşımında isə Fərid Pərdəşünas bəzi şəxslərin adını çəkməyə başlayıb.
O, iddia edib ki, bu işin başında dayananlardan biri “GRENZSOLDAT” adı altında fəaliyyət göstərən Cəlal Cavadovdur.
F.Pərdəşünas şəhidlərin “Vikipediya” məlumatlarının silinməsində iştirak edən digər şəxsin Ayxan Zayedzadə olduğunu düşünür.
O, bu əməli törədənlərə 12 saat vaxt verib və bəyan edib ki, bu müddət tamam olana qədər məlumatlar bərpa olunmasa digər şəxslərin də adlarını açıqlayacaq.
Aygün,
KONKRET.az