Peşə liseyləri məzunlarının yekun attestasiyası aparıldıbackend

Peşə liseyləri məzunlarının yekun attestasiyası aparıldı

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ilində peşə liseylərini bitirmiş 2758 nəfər məzundan buraxılış imtahanlarında iştirak etmiş 2738 nəfərin tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyasını aparıb.

KONKRET.az xəbər verir ki, dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilib.

Müvafiq ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*