Peskov: “Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”backend

Peskov: “Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”

Ermənistan-ABŞ birgə hərbi təlimləri Kremldə narahatlıq doğurur.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya hökuməti bu faktı dərindən təhlil edəcək və vəziyyətin inkişafını izləyəcək:

“Belə xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edib vəziyyəti izləyəcəyik”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bir müddət əvvəl “EAGLE PARTNER-2023” adlı Ermənistan-ABŞ birgə hərbi təlimlərini elan edib. Təlimlər sentyabrın 11-dən 20-dək Ermənistanda keçiriləcək.

Xatırladaq ki, bu həftə NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger bildirib ki, Ermənistan alyansa qoşulmalıdır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu bəyanatı şərh edərkən qeyd edib ki, ölkə artıq NATO ilə əməkdaşlıq edir və bunu davam etdirməyə hazırdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*