Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Şimali Koreya əsgərlərinin Kursk ətrafındakı döyüşlərdə həlak olmalarına münasibət bildirib.
KONKRET.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Peskov bu mövzuda sualı Rusiya Müdafiə Nazirliyinə yönləndirib. Rusiya prezidentinin mətbuat katibi Kursk vilayətində əcnəbi hərbçilərin görünməsi ilə bağlı məlumatları şərh etməməyi üstün tutub: “Bu, Müdafiə Nazirliyinə verilən sualdır”, – deyə Peskov bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az