“Ermənistanda baş verənlər onun daxili işidir”.
KONKRET.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya bu vəziyyətə qarışmaq niyyətində deyil:
“Ermənistan bizə çox yaxın ölkədir və unutmayaq ki, bir neçə milyon erməni Rusiya Federasiyasının vətəndaşlarıdır və onlar təbii ki, bu hadisələri ağrı-acı ilə izləyirlər”.