“Moskva əmindir ki, Rusiya ilə Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır”.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Rusiya tərəfinin Azərbaycanda saxlanılan ruslarla bağlı daim əlaqə yaratdıqlarını diqqətə çatdırıb: “Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir. Rusiyalı diplomatlar Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər. Bundan başqa, Bastrıkin və Krasnov Azərbaycanın baş prokuroru ilə əlaqə saxlayırlar”.