Peskovdan Putinin xarici səfərləri barədə AÇIQLAMAbackend

Peskovdan Putinin xarici səfərləri barədə AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin beynəlxalq səfərlərini payızda bərpa edə bilər.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Payızda planlaşdırılır, biz də vaxtında məlumat verəcəyik”, – deyə o qeyd edib.

Eyni zamanda Peskov əlavə edib ki, Rusiya liderinin səfərləri barədə əvvəlcədən məlumat verilməyəcək.

Qeyd edək ki, Putin BRİKS sammitinə video-formatda qatılıb. Tədbir Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilib. Sammitdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*