Peskovun qızı biznesmenə ərə getməyə hazırlaşırbackend

Peskovun qızı biznesmenə ərə getməyə hazırlaşır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova çeçen iş adamı Ruslan Qolbazovla evlənməyə hazırlaşır.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, eksklüziv məlumatı “Tatler”in keçmiş baş redaktoru Arian Romanovski teleqram kanalında paylaşıb. Onun sözlərinə görə, toy oktyabrın 1-nə planlaşdırılıb və Moskvada baş tutacaq.

Verilən məlumata görə, Lizanın nişanlısının 34 yaşı var, ondan 10 yaş böyükdür. O da qeyd olunub ki, Qolbazov Peskovanın restoran biznesindəki ortağı olub. Onların 2019-cu ildən etibarən görüşdüyü güman edilir.

Qeyd edək ki, ABŞ və Aİ Yelizaveta Peskovaya bu ilin yazından Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyatı fonunda qadağa sanksiyası tətbiq edib.

Publika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*