“Levon Ter-Petrosyan 2018-ci ilin yayında mənə Qarabağda torpaqları geri qaytarmağı təklif etmişdi”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mən birinci prezidentin mənimlə 2018-ci ilin iyulunda görüşü zamanı dediyi sirri açacağam. O dedi: “Torpaqlar artıq verilməlidir”. Nəyin qarşılığında? Niyə? Necə?
Birinci prezidentin bütün hallarda o gün formalaşan baxışları bu çərçivəyə sığmırdı, yerdə qalanlar isə dəyərləndirmə məsələsidir”, – deyə o bildirib.