Petrosyan: “Xankəndi-Gorus “yolunun bağlanması” buna işarədir”backend

Petrosyan: "Xankəndi-Gorus "yolunun bağlanması" buna işarədir"

Azərbaycan və Türkiyə dəhliz yaratmağa yönəlmiş addımları artırıblar.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Petrosyan deyib.

O, bildirib ki, dekabrın 3-də Xankəndi-Gorus “yolunun bağlanması”,  Azərbaycan və İran sərhədində başlayan Türkiyə-Azərbaycan hərbi təlimləri, Azərbaycanla Rusiya arasında yüksək səviyyəli fəal danışıqlar vahid müstəvidə nəzərdən keçirilməlidir.

Bu, bilavasitə Azərbaycan-Türkiyə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə və bununla bağlı maneələrin aradan qaldırılmasına işarədir.

Eyni zamanda türklər dəhliz layihəsi ilə bağlı müvafiq mesajlarını göndərirlər:

1. Erməni tərəfi üçün – Laçın dəhlizinin bağlanması və “Artsax”-ın blokadası təhlükəsi;

2. İrana – pantürkist layihələrin həyata keçirilməsinə mane olacağı təqdirdə Türkiyə və Azərbaycanın birgə cavabı;

3. Rusiyaya – Moskvanın maraqlarından irəli gələn çoxşaxəli əməkdaşlıq üçün müxtəlif imkanlar;

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*