Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı “xəbərdarlıq” etdibackend

Petrosyan dəhlizə razıdır, ancaq Rusiya ilə bağlı “xəbərdarlıq” etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın bu ölkədəki səfiri Kopırkini öz iqamətgahında qəbul edərkən Zəngəzur dəhlizindən də danışıb və “qıcıq yaratmamaq üçün” Zəngəzur dəhlizinə “Zəngəzur nəqliyyat qovşağı” deyilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, o, həmçinin Zəngəzurdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün maneəsiz keçid verilməsini də normal qarşıladığına dolayısı ilə işarə edib.

Buna baxmayaraq, Petrosyanın “Ermənistanın dostları” sırasında ABŞ-ın adını çəkməməsi müzakirələr doğurub. O bildirib ki, Ermənistanın vicdanlı və etibarlı dostları Rusiya, Yunanıstan, Hindistan və Fransadır. Halbuki ABŞ Ermənistana daha çox maliyyə dəstəyi göstərir, Zəngəzur dəhlizində məsuliyyəti üzərinə götürür və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində ciddi səy göstərir.

Erməni müxalif mediası bunu “ABŞ-ın bölgədə marağının olmaması” ilə izah etməyə çalışıb – halbuki “Tramp yolu” ABŞ-ın maraqlarını açıq şəkildə ortaya qoydu.

Digər tərəfdən, bu, Rusiyanın Cənubi Qafqazdan heç vaxt vaz keçməyəcəyi kimi təbliğ edilir. Qeyd edilir ki, Ter-Petrosyan reallığa əsaslanaraq, “regional qüvvələrin uyğunlaşmasına qiymət verib” və Rusiyanın regiondan çəkiləcəyinin mesajını verənlərə “xəbərdarlıq” edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*