“Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan tezliklə vəzifəsindən azad oluna bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə deyə “Hraparak” “Mülki müqavilə”dəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Petrosyanın mümkün vəzifəsindən azad edilməsi deputat Sasun Mikaelyanın və baş nazir aparatının rəhbəri Arayik Arutyunyanın iddiaları ilə bağlıdır.
“Petrosyanla Mikaelyan arasındakı münaqişə qarşıdurma mərhələsinə çatıb. Onlar deyirlər ki, Petrosyan onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan Arutyunyanın hədəfinə çevrilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinə özü rəhbərlik etmək istəyir”, – nəşr qeyd edir.
Natiq Səlim,
KONKRET.az