Kanada Ordusunun COVID-19 peyvəndindən imtina edən hərbi qulluqçuları ordu sıralarından azad edilib.
KONKRET.az xəbər verir ki, indiyədək 407 əsgər bu səbəbdən ordudan qovulub.
Castin Trudeau hökumətinin 2021-ci ilin oktyabrında bütün dövlət işçilərindən iki doza COVID-19 peyvəndi tələb etmək qərarı hərbi personala da aid edilib. İyun ayında bu qərar dövlət qurumlarının əksəriyyəti üçün ləğv edilsə də, hərbçilər üçün qüvvədə qalıb.