Peyvəndlə bağlı proqnoz: Ən çox istehsal və sifariş kimin payına düşəcək?backend

Peyvəndlə bağlı proqnoz: ən çox istehsal və sifariş kimin payına düşəcək?

Əsas peyvənd istehsalçısı “AstraZeneca”, alıcılar isə Avropa İttifaqı (Aİ) və ABŞ olacaq.

KONKRET.az bu barədə Duke Universitetinin (ABŞ) araşdırmasına istinadən xəbər yayır.

Ümumilikdə, ölkələr 8,6 milyard doza koronavirus peyvəndi tədarükü üçün müqavilələr imzalayıblar. Bunlardan “AstraZeneca”nın payına düşən 2,4 milyard doza olub.

“Pfizer” 1,5 milyard doza ilə ikinci yerdədir.

Çinin “Sinovac” şirkəti 480 milyon doza satılacaq, Rusiyanın “Sputnik V”si isə 303 milyon doza paylanacaq.

Eyni zamanda, 2021-ci ildə peyvənd istehsalçılarının ümumilikdə təqribən 12 milyard doza peyvənd istehsal edə biləcəyi qeyd olunur.

Zəngin ölkələr 4,6 milyard doza vaksin sifariş ediblər ki, bu da bütün peyvənd alışlarının 53 faizini təşkil edir.

Dozaların çox hissəsi 27 Aİ ölkəsi adından Avropa Komissiyası – 1,8 milyard doza, ardınca 1,2 milyard doza ilə ABŞ tərəfindən sifariş olunub.

Afrika İttifaqı 680 milyon doza ilə bağlanmış müqavilələrdə ilk üçlüyü bağlayır. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*