Pezeşkian: “Üzv ölkələr Azad Ticarət Zonasının yaradılmasına hədəflənməlidir”backend

Pezeşkian: "Üzv ölkələr Azad Ticarət Zonasının yaradılmasına hədəflənməlidir"

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında Azad Ticarət Zonasının yaradılması hədəflənməlidir.

KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, ECO-ya üzv ölkələr arasında Ticarət Sazişi nəzərdən keçirilməli və həyata keçirilməlidir:

“ECO-ya üzv ölkələr arasında azad ticarət haqqında danışıqlar mümkün qədər tez başlamalı və ECO-da Azad Ticarət Zonası yaratmaq hədəflənməlidir”.

M. Pezeşkian qeyd edib ki, ECO-nun dənizə çıxışı olmayan ölkələrinin açıq dənizlərə və dünya bazarlarına daha ucuz, qısa və asan çıxışı olmalıdır:

“Bu məsələdə İran və digər tranzit ölkələr mühüm rol oynayır. ECO ölkələri üçün liman və giriş-çıxış məntəqələrində yeni üstünlüklər və imtiyazlar nəzərdən keçirilə bilər. Liman və sərhəd məntəqələrində ECO-ya üzv ölkələrin logistika qovşaqları şəbəkəsi ən yüksək beynəlxalq standartlara uyğun olaraq qurulmalı və təchiz edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*