İran Prezidenti Məzud Pezeşkian bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb.
Pezeşkian görüş zamanı Bakıya səfərindən söz açdığı, bunun Azərbaycanla əlaqələrdə müsbət sıçrayışa səbəb olduğunu bildirib.
O, həmçinin İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini də qəbul edib.