Pezeşkiandan Qərbə SƏRT MESAJ: Görün nədə ittiham etdi…backend

Pezeşkiandan Qərbə SƏRT MESAJ: Görün nədə ittiham etdi...

İran Prezidenti Məsud Pezeşkiyan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Norveçin Baş naziri Yonas Qar Stere ilə görüşüb. O, Qərb dövlətlərini ədalətsiz və qeyri-konstruktiv addımlar atmaqda ittiham edib. Pəzeşkiyan xəbərdarlıq edərək bildirib ki, əgər BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpası üçün nəzərdə tutulmuş “snapback” mexanizmi işə salınarsa, dialoqun əsası ciddi şəkildə zədələnəcək və danışıqlar öz əhəmiyyətini itirəcək.

KONKRET.az xəbər verir ki, Pezeşkiyan çıxışı zamanı vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmağa çalışmayıb və bu mövqe ölkənin əsas inanc və siyasi yanaşmasına uyğundur. Onun sözlərinə görə, Qərbin Tehranla bağlı şübhələri əsasən anlaşılmazlıqdan və müəyyən mənada İsrail rejiminin yaydığı təbliğatdan qaynaqlanır. İran Prezidenti bildirib ki, ölkəsinin nüvə proqramı sırf dinc məqsədlərə xidmət edir və bu istiqamətdə təhrif olunmuş məlumatlar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır.

Norveç Baş naziri Yonas Qar Stere isə cavab olaraq Qərb dövlətlərinin problemlərin həlli istiqamətində səylərini davam etdirdiyini, əsas diqqətin “snapback” mexanizminin işə düşməsinin qarşısını almağa yönəldilməli olduğunu qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*