Pezeşkiyandan SON DƏQİQƏ AÇIQLAMASI: ABŞ-la danışıqları…backend

Pezeşkiyandan SON DƏQİQƏ AÇIQLAMASI: ABŞ-la danışıqları...

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyan ABŞ-la aparılan danışıqlarla bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, Tehran yalnız İsrailin hərbi hücumlarını dayandıracağı təqdirdə Vaşinqtonla dialoqu davam etdirməyə hazır olacaq.

KONKRET.az xəbər verir ki, Pezeşkiyan bu mövqeyini verdiyi son açıqlamada açıq şəkildə bildirib. O, ABŞ-İran münasibətlərində irəliləyişin yalnız regionda gərginliyin azaldılması ilə mümkün ola biləcəyini vurğulayıb.

“Biz sülh və dialoq tərəfdarıyıq. Lakin İsrail rejiminin İrana və müttəfiqlərinə qarşı davam edən hücumları fonunda ABŞ-la hər hansı ciddi danışıqlardan söhbət gedə bilməz,” – deyə Pezeşkiyan qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*