“Pfizer”in COVID-19 dərmanının onlayn satışına icazə verildibackend

“Pfizer”in COVID-19 dərmanının onlayn satışına icazə verildi

Çində ABŞ-nin əczaçılıq şirkəti “Pfizer” tərəfindən həb şəklində istehsal olunan COVID-19 dərmanının reseptlə onlayn satışına icazə verilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Şurası tibb müəssisələrinə verdiyi notada təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib.

Onlayn bir klinika “Pfizer”in COVID-19 dərmanını bir qutusu 2,980 yuana (427 dollar) müsbət nəticə verən xəstələrə satmağa başlayıb.

Çinin Milli Tibbi Dərman İdarəsi fevralın 12-də “Paxlovid” dərmanının şərti təcili istifadəsinə icazə vermişdi.

Laboratoriya tədqiqatlarında həbin COVID-19-un “Omicron” variantına qarşı da təsirli olduğu müəyyən edilib.

22 dekabr 2021-ci ildə ABŞ Dərman və Qida İdarəsi “Paxlovid”in ağır xəstəlik riski olan 12 yaş və daha yuxarı xəstələrdə təcili istifadəyə icazə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*