Pikassonun oğlu 76 yaşında VƏFAT ETDİbackend

Pikassonun oğlu 76 yaşında VƏFAT ETDİ

Məşhur ispan rəssamı Pablo Pikassonun oğlu Klod Ruiz-Pikasso dünyasını dəyişib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 76 yaşında İsveçrədə vəfat edib.

Məlumata görə, rəssamın oğlu sahibkar olub.

O, 1989-cu ildən atasının miras fondunu idarə edib, yalnız keçən ay bu vəzifəni bacısı Paloma ötürüb.

Qeyd edək ki, Klod tərəfindən idarə olunan fond Pikassonun rəsmlərinin saxtalaşdırılması ilə mübarizə aparıb.

Xatırladaq ki, məşhur sənətçinin dörd övladı olub, yalnız qızı Paloma sağdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*