Hindistanın Uttar Pradeş əyalətində yeni doğulan körpəni qaçıran pişik onun ölümünə səbəb olub.
KONKRET.az “Trt haber”ə istinadən xəbər verir ki, pişik evə girib və anasının yanında yatan köpəni ağzında götürüb aparıb. Yeni doğulan ekiz körpələrdən birini aparan pişik daha sonra onu damdan yıxıb və uşaq ölüb.
Atası bildirib ki, pişik bir neçə gün ərzində evlərinə gəlib, ailə isə onu qovub. Ata 15 günlük körpələrini aparan pişiyin dalınca qaçdığını ancaq ona çata bilmədiyini deyib.