Pitt və Colinin 8 illik boşanma prosesi yekunlaşdıbackend

Pitt və Colinin 8 illik boşanma prosesi yekunlaşdı

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli 8 illik məhkəmə çəkişməsindən sonra boşanıblar. 

KONKRET.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

Onlar illərlə davam edən prosesinin başa çatması şərtləri barədə razılığa gəliblər. Nəşrin yazdığına görə, boşanma sənədləri keçmiş ər-arvad tərəfindən dekabrın 30-da imzalanıb.

Colinin vəkili Ceyms Saymon Ancelinanın bu prosesdən yorulduğunu, lakin bitməsinə görə sevindiyini bildirib. Bred Pittin vəkili isə boşanma barədə məlumatı şərh etməyib.

Cütlük arasında boşanma ilə bağlı razılaşmanın şərtləri açıqlanmayıb.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə boşanma üçün müraciət edib. Onların nikahı 2019-cu ildə rəsmi olaraq ləğv edilsə də, cütlük bu günə qədər əmlakın bölüşdürülməsi və üçü övladlığa götürülmüş ümumilikdə altı uşağın qəyyumluğu şərtləri barədə razılığa gələ bilmirdilər.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*