Piyadanı vuran sürücü hadisə yerindən qaçdıbackend

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan ”QAZel”markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Ağabalıyev Hacı Adil oğlunu vurub. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “QAZel”in sürücüsü hadisə yerindən yayınmaq istəsə də onun niyyəti baş tutmayıb. YPX-nin əməkdaşları onu saxlayaraq, məsuliyyətə cəlb ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*