PKK-nın ləğvi: Türk ordusu İraqdan çıxır?backend

PKK-nın ləğvi: Türk ordusu İraqdan çıxır?

Türkiyə Silahlı Qüvvələri PKK-nın ləğvindən sonra da “Pəncə” əməliyyatları çərçivəsində İraqın şimalında nəzarət etdiyi bölgələrdən geri çəkilməyəcək.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə orduya bağlı mənbələr məlumat yayıb.

Bildirilib ki, mehmetcik PKK-dan yaranan boşluğun digər terror təşkilatları ilə doldurulma cəhdlərinə qarşı proses tamamlanana qədər bölgədə olacaq.

Bu çərçivədə, terrorçuların tərk etdiyi düşərgə və mağaralar Türkiyə Silahlı Qüvvələrinin çətiri altına girəcək. Bu yolla PKK qalıqlarının və ya boşluğu doldurmaq istəyən digər terror qruplaşmalarının qarşısı alınacaq və İraqın icazəsi ilə sərhəd təhlükəsizliyi daha içərilərdə (İraq ərazisində -red) təmin ediləcək.

Türkiyə Silahlı Qüvvələrinin əsas məqsədlərindən biri də PKK-nın təbii şəraitdən istifadə edərək yuva qurduğu bütün əraziləri təmizləməkdir. Bu çərçivədə terrorçuların keçmişdə istifadə etdikləri və tərk edəcəkləri ərazilər bir-bir məhv ediləcək. Bu, əvvəlki əməliyyatlarda olduğu kimi bu ərazilərin təkrar istifadəsinin qarşısını alacaq.

Bundan başqa, İraq hökuməti ilə birgə əməliyyat planı da gündəmdədir. Xüsusən də Qəndil və ətrafdakı aktiv terror ocaqları ilə bağlı. Məqsəd PKK-nın illərdir baza kimi istifadə etdiyi bu əraziləri bir daha terrorçulara ev sahibliyi edə bilməmələri üçün təmizləməkdir.

Qeyd edək ki, bir neçə gün əvvəl PKK özümüləğv qərarını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*