Yeni bir araşdırma milyonlarla insanın gündəlik həyatlarında bilmədən böyük bir sağlamlıq riski ilə üzləşdiyini ortaya qoyub.
KONKRET.az xəbər verir ki, Kanadanın Concordia Universitetindən ətraf mühitin idarə edilməsi üzrə ekspert Sara Sajedinin rəhbərlik etdiyi araşdırmada müəyyən edilib ki, plastik qablaşdırılmış suyun tərkibində təhlükəli mikroplastik hissəciklər var.
Araşdırmalara görə, müntəzəm olaraq şüşə qabdan su içən insanlar, plastiklə müqaisədə və Eyni zamanda krandan içilən suda da ildə təxminən 90.000 daha çox mikroplastik hissəcik qəbul edirlər. Bu mikroskopik hissəciklər plastik məhsulların istehsalı, saxlanması və daşınması zamanı suya daxil olur. Belə ki, aldığımız hər qurtumda plastik birbaşa mənbədən bədənimizə daxil olur.
Sajediyə görə, əsl təhlükə bu hissəciklərin yaratdığı xroniki toksiklikdədir:
“Təcili hallarda plastik butulkadan su içmək olar, lakin bu, gündəlik vərdişə çevrilməməlidir. Təhlükə kəskin və uzunmüddətlidir. İnsanlar bundan xəbərdar olmalıdırlar”.
Dəniz Pənahova
KONKRET.az