Polis 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdubackend

Polis 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu

Paytaxtın Qaradağ rayonunda 16 yaşlı qızın 25 yaşlı şəxslə evləndirilməsi üçün görülən toy hazırlığı dayandırılıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, tərəflər polis idarəsinə dəvət olunaraq onlar ilə profilaktik söhbətlər aparılıb.

DİN mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bununla bağlı bildirib: “Bu əməlin hüquqazidd hərəkət olması diqqətə çatdırılıb. Restoran sahibinə isə qanunauyğun qaydada xəbərdarlıq edilib. Onlar ilkin olaraq bildiriblər ki, toy deyil, övladlarının hərbi xidmətə yola salınması mərasiminə hazırlaşırlar. Hazırda məsələ diqqət mərkəzində saxlanılmaqla aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*